Hazırda səyyar mətbəxləri kütləvi tədbirlərdə, bayramlarda və qlobal tikintilərdə qidalanma üçün iqtisadi cəhətdən ən sərfəli həll yoludur. Səyyar mətbəxin köməyilə yemək hazırlamaq üçün elektrik şəbəkəsinə ehtiyac yoxdur, buna görə də o istənilən yerdə və istənilən hava şəraitində işləyə bilər. Mətbəx bərk və maye yanacaqla işləyir və -40 °C-dən +50 °C-yə qədər ətraf mühit temperaturunda istismar üçün nəzərdə tutulmuşdur. Bir Səyyar mətbəxin resursu 2000-ə qədər insanı yedizdirməyə imkan verir.

Əslində, səyyar qidalanmanın bu növü – əsas funksiyası səyyar şəraitdə: şəhərdən kənarda, uzaq obyektlərdə, stasionar plitə və digər rahatlıqlara çıxışın mümkün olmadığı yerlərdə isti qidanın hazırlanması olan xüsusi konstruksiyalı nəqliyyat vasitəsi və ya qoşqudur. Bu, stasionar mətbəxlərin və kafelərin olmadığı şəraitdə qidalanma məsələsinin sərfəli və qənaətcil həllidir. Səyyar mətbəx tamamilə müstəqildir və yalnız yemək hazırlamaq üçün deyil, həm də onu saxlamaq üçün nəzərdə tutulmuşdur. Standart komplektasiyada onun bazasında termos prinsipi üzrə təşkil edilmiş, şorba, əsas yemək və kompot hazırlamaq üçün istifadə olunan üç qazan yerləşir. Səyyar özüyeriməyən mətbəx adətən yük maşınlarının köməyi ilə yerinə çatdırılır.

Səyyar mətbəx müxtəlif məqsədlərə xidmət edə bilər. Bu məqsədlərdən biri bazası yaşayış məntəqələrindən uzaqda yerləşən elmi-tədqiqat ekspedisiyası, dostlarla ov və ya ilin istənilən fəslində təbiətdə keçirilən istənilən digər miqyaslı tədbir ola bilər. Sadə təhlükəsizlik qaydalarına və saxlama və istifadə təlimatlarına riayət etmək şərtilə istismarı və saxlanması sadə olan belə bir mətbəx yeməyin çatdırılması çətin olan şəraitdə Sizin köməyinizə gələcək.

“Sağlam Catering” mütəxəssisləri mürəkkəb təşkilati prosesin bütün incəliklərini düşünərək istehlakçıları ləziz və keyfiyyətli isti yeməklə və lazım olan xidmətlərlə təmin edəcəklər.