Bizim üçün hər bir Sifarişçi əzizdir, buna görə də fərdi və xüsusi əməkdaşlıq şərtləri təklif etməyə hazırıq. Bizim personal menecerlərimiz Sizin tədbiriniz üçün menyu, işçi heyəti, həmçinin zəruri texniki və maddi baza seçəcəklər. Əgər sizin öz ideyalarınız varsa, onda biz onları məhz sizin düşündüyünüz şəkildə həyata keçirəcəyik.
Bizim üçün milli və Avropa mətbəxinin yeməklərindən və qəlyanaltılarından ibarət istənilən menyunun hazırlanması problem olmayacaq. Sizin istəyinizə görə, bizim baş aşpazlarımız həm müəllif reseptlərini, həm də unikal resept əsasında təamlar yaradacaqlar. Əgər müəyyən inqrediyentlər sizin xoşunuza gəlmirsə, onda biz onları tamamilə aradan qaldıracaq və daha çox üstünlük verdiklərinizlə əvəz edəcəyik. Qonaqlar arasında vegetarianlar və ya qida allergiyası olan insanlar olarsa, biz onlar üçün ayrıca menyu hazırlayacağıq. Menyu yalnız sizin istəklərinizlə məhdudlaşa bilər! Siz yeməklərimizin orijinal təqdimatından və təkrarolunmaz dadından məmnun qalacaqsınız.
“Sağlam Catering” şirkəti 2017 – ci ildə təsis edilmişdir,
“Sağlam Catering” olaraq təşkilatlara, vətəndaşlara və ölkənin qonaqlarına aşağıdakı istiqamətlər üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk:
- Korporativ qidalanma (keyterinq).
- İşgüzar və əyləncəli tədbirlərə xidmətin göstərilməsi. (İsveç masası, banket, furşet, kofe-breyk və s.)
- Təzə hazırlanmış yeməyin satışı: eyni adlı mağaza vasitəsilə piroq və delikateslərin pərakəndə satışı. “Sağlam Catering” Sizi geniş yemək seçimi və müxtəlifliyi ilə həmişə təəccübləndirəcək. Mağazanın kuryerləri isti yeməyi ünvanınıza çatdıracaqlar.
- Səyyar mətbəx – Sizin ərazinizdə mobil qidalanma – sürətli populyarlıq qazanan istiqamət.
Şirkətimizin missiyası: insanları keyfiyyətli, dadlı və sərfəli qiymətə qidalandırmaq arzusu. Biz yalnız təzə ərzaqlardan yeməklər hazırlayırıq, sağlam qidalanma və şüurlu istehlak fəlsəfəsinə riayət edirik, səyyar xidmətlə bağlı hər sifarişə həssaslıqla yanaşırıq və yüksək peşəkar mütəxəssis-dietoloqların köməyi ilə hər bir müştəri üçün fərdi menyu yaradırıq. Bizim yeməklərimiz həmişə müxtəlifdir, balanslaşdırılmış şəkildə kalorilidir və unuda bilməyəcəyiniz qədər dadlıdır.
“Sağlam Catering” istənilən mürəkkəblikdə sifarişin həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və fərdi inventara malikdir.
Bizim fəlsəfə:
- Yalnız təzə və keyfiyyətli ərzaqlardan istifadə olunması.
- İstehsal sexlərində sanitariya və gigiyena normalarına hökmən əməl olunması.
- Yüksək ustalığa malik peşəkar mütəxəssislərin seçilməsi.
- Yeməyin hazırlanmasının texnoloji proseslərinə dəqiq riayət olunması.
- Sifarişlərin “dəqiq vaxtında” prinsipi əsasında çatdırılması.
NƏZAKƏTLİ XİDMƏT HƏMİŞƏ İŞTAHI ARTIRIR.
DADLI FAYDALI XİDMƏT