
Hazır porsion yeməyin çatdırılmasını adətən kiçik şirkətlər, əməkdaşların qeyri-müntəzəm qidalandığı firmalar və yeməkxananın düzəldilməsi üçün boş sahələri olmayan təşkilatlar sifariş edirlər.
"Sağlam Catering" şirkəti kommersiya təşkilatlarına, ofis mərkəzlərinə, dövlət qurumlarına gündəlik olaraq isti və dadlı yeməklər çatdırır. Bizim yeməklər dəqiq vaxtında, günün istənilən hissəsində və mütləq isti halda çatdırılır (çatdırılma xüsusi kip bağlanan termobokslarda həyata keçirilir). Kompleks naharlar rahat fərdi konteynerlərə (lançbokslar), birdəfəlik süfrə ləvazimatları ilə komplektdə (qaşıq, çəngəl, bıçaq) qablaşdırılmışdır və əlbəttə, hər porsiyaya biz yumşaq, ətirli çörək qoyuruq.