Hazır porsion yeməyin çatdırılmasını adətən kiçik şirkətlər, əməkdaşların qeyri-müntəzəm qidalandığı firmalar və yeməkxananın düzəldilməsi üçün boş sahələri olmayan təşkilatlar sifariş edirlər.
"Sağlam Catering" şirkəti kommersiya təşkilatlarına, ofis mərkəzlərinə, dövlət qurumlarına gündəlik olaraq isti və dadlı yeməklər çatdırır. Bizim yeməklər dəqiq vaxtında, günün istənilən hissəsində və mütləq isti halda çatdırılır (çatdırılma xüsusi kip bağlanan termobokslarda həyata keçirilir). Kompleks naharlar rahat fərdi konteynerlərə (lançbokslar), birdəfəlik süfrə ləvazimatları ilə komplektdə (qaşıq, çəngəl, bıçaq) qablaşdırılmışdır və əlbəttə, hər porsiyaya biz yumşaq, ətirli çörək qoyuruq.
“Sağlam Catering” şirkəti korporativ qidalanma xidmətlərini ən yüksək səviyyədə təqdim edir. Biz xidmətlərimizi istehsal müəssisələrində, biznes mərkəzlərində, şirkətlərin ofislərində, eləcə də təhsil müəssisələrində göstəririk. Əməkdaşların sayından, boş sahələrdən, həmçinin maddi imkanlardan asılı olaraq, “Sağlam Catering” şirkəti Sizə müxtəlif formatlarda korporativ qidalanma təklif edəcək:
- Məkanlarda xidmət: Sizin ərazidə qidalanmanın təşkili.
- Hazır yeməyin çatdırılması: qablaşdırılmış porsion yeməklər.
Müəssisədə qidalanmanın təşkili
Bu xidmətə yeməkxana məkanının lazımi avadanlıq və mebellə təchiz olunması, həmçinin təşkilatın əməkdaşlarına sonrakı xidmətin göstərilməsi (yeməklərin paylanması, məkanın təmizlənməsi) daxildir. Yeməkxanada korporativ qidalanmanı üç formatda təşkil etmək olar:
- Tam dövriyyəli yeməkxana. Bu cür qidalanma müəssisəsi yeməklərin hazırlanmasının tam dövrünün – xammalın hazırlanmasından paylanmaya qədər təşkilini nəzərdə tutur. Bu format sənaye müəssisələri, dövlət qurumları, eləcə də böyük firmalar və biznes mərkəzləri üçün uyğundur.
- Hazırlıq yeməkxanası. Məhdud ərazidə qidalanmanın təşkili. Bu halda məhsul və ərzaqların ilkin hazırlanması “Sağlam Catering” mətbəxlərində həyata keçirilir, yeməklər sifarişçinin ərazisində hazır vəziyyətə çatdırılır (qızdırılır, paylaşdırılır).
Previous
Next