“Sağlam Catering” şirkətindən hazır yemək mağazasının uğurlu yerləşməsi çoxsaylı istehlakçılarımıza aşpazlarımızın xidmətlərindən müntəzəm istifadə etməyə imkan verir. Zalın gözəl, dəbli, müasir dizaynı və tərtibatı, rahat avtodayanacaq, gülərüz heyət – bütün bunlar ziyarətçilər üçün rahatlıq yaradır və çox vaxt sərf etmədən rahatca seçim etməyə imkan verir.

“Sağlam Catering” hazır yemək mağazasında rahat ekspress-kafedə nahar da etmək olar. Burada həmçinin seçmə çay növləri və ətirli dənli və ya üyüdülmüş qəhvə almaq olar. Pandemiya dövründə xüsusilə aktual olan “özünlə apar” (take away) formatı – xoşunuza gəlmiş məhsulları və ya çatdırılma sifariş etmək imkanı da sizə təqdim olunur. 

Yeməklər elə seçilmişdir ki, siz evdə, işdə və ya ofisdə tam şəkildə yemək yeyə biləsiniz. Assortimentə artıq sevdiyiniz və öyrəşdiyiniz ənənəvi yeməklər, həmçinin bir çox yeni dadlı yeməklər, bişmələr və içkilər daxildir. Bütün yeməklər yalnız vitamin və mikroelementlərlə zəngin təbii məhsullardan hazırlanır. Biz sağlam qidalanmaya böyük diqqət yetiririk və dad gücləndiriciləri əlavə etmirik, GMO-dan istifadə etmirik. Ət yeməkləri əvəzedicilər  olmadan təbii ətdən hazırlanır. Biz həmçinin çox sayda vegetarian yeməkləri, meyvə və tərəvəzlər təklif edirik.

Bizim komandada yalnız çoxillik iş təcrübəsi olan peşəkarlar çalışır. Onlar yemək hazırlamanın bütün detallarına çox diqqətlə yanaşırlar, buna görə də Siz, şübhəsiz, razı qalacaqsınız. Bundan əlavə, şirkətimiz hazır yeməyin çatdırılması üzrə ixtisaslaşmışdır və bizim analitiklər onu sizin üçün mümkün qədər rahat və sərfəli etmişlər!