Korporativ Qidalanma

"Sağlam Catering" şirkəti korporativ qidalanma xidmətlərini ən yüksək səviyyədə təqdim edir. Biz xidmətlərimizi istehsal müəssisələrində, biznes mərkəzlərində, şirkətlərin ofislərində, eləcə də təhsil müəssisələrində göstəririk. Əməkdaşların sayından, boş sahələrdən, həmçinin maddi imkanlardan asılı olaraq, "Sağlam Catering" şirkəti Sizə müxtəlif formatlarda korporativ qidalanma təklif edir.

Ətraflı >>

İctimai Tədbirlərin Təşkili

"Sağlam Catering" şirkətindən ictimai tədbirlərin təşkili – istənilən mövzu, format və statuslu işgüzar və bayram xarakterli tədbirlərə zallarda və ya açıq meydançalarda yüksək səviyyəli səyyar restoran xidmətinin göstərilməsidir.

Ətraflı >>

Hazır Yemək və Un Məmulatları Mağazası

"Sağlam Catering" şirkətindən hazır yemək mağazasının uğurlu yerləşməsi çoxsaylı istehlakçılarımıza aşpazlarımızın xidmətlərindən müntəzəm istifadə etməyə imkan verir. Zalın gözəl, dəbli, müasir dizaynı və tərtibatı, rahat avtodayanacaq, gülərüz heyət – bütün bunlar ziyarətçilər üçün rahatlıq yaradır və çox vaxt sərf etmədən rahatca seçim etməyə imkan verir.

Ətraflı >>

Səyyar Mətbəx

Hazırda səyyar mətbəxləri kütləvi tədbirlərdə, bayramlarda və qlobal tikintilərdə qidalanma üçün iqtisadi cəhətdən ən sərfəli həlldir. Səyyar mətbəxin köməyilə yemək hazırlamaq üçün elektrik şəbəkəsinə ehtiyac yoxdur, buna görə də o istənilən yerdə və istənilən hava şəraitində işləyə bilər. Mətbəx bərk və maye yanacaqla işləyir və -40 °C-dən +50 °C-yə qədər ətraf mühit temperaturunda istismar üçün nəzərdə tutulmuşdur. Bir Səyyar mətbəxin resursu 2000-ə qədər insanı yedizdirməyə imkan verir.

Ətraflı >>